Ana səhifə / Siyasət / Bulvardakı “Şeytan çarxı”nı sökürlər

Bulvardakı “Şeytan çarxı”nı sökürlər

Bakı bulvarının ən böyük attraksionlarından biri sökülür.

Criminal.az xəbər verir ki, bulvardakı “Şeytan çarxı” kimi tanınan attraksion artıq fəaliyyətini dayandırıb. Attraksionun əsas hissəsi sökülüb.

Bir müddət əvvəl həmin attraksionun qəzalı vəziyyətdə olması barədə sosial şəbəkələrdə fotolar yayılsa da, bulvar rəhbərliyi bunu təkzib etmişdi. Hazırda həmin attraksionun hansı səbəbdən sökülməsi məlum deyil.

Qeyd edək ki, bulvarın yeni salınmış ərazisində daha böyük “Şeytan çarxı” quraşdırılıb.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın