Ana səhifə / Siyasət / 14 min dollara İŞİD-ə qoşulmaq təklif olundu

14 min dollara İŞİD-ə qoşulmaq təklif olundu

Bakıda gənc oğlana 14 min dollar qarşılığında İŞİD terror qruplaşmasıan qoşulmaq təklif olunub.

Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Əhmədov Orxan Suraxanı Rayon Polis İdarəsinə (RPİ) ərizə ilə müraciət edərək bildirib ki, naməlum şəxs onun telefonuna zəng edərək İŞİD-ə qoşulmağı təklif edib.
O.Əhmədov təklifdən imtina edib və dərhal Daxili İşlər Nazirliyinin (DİN) “102” zəng mərkəzinə məlumat verib.

O, daha sonra Suraxanı RPİ-ə ərizə yazaraq bildirib ki, 2016-ci il dekabr ayının 26-da naməlum şəxs ona zəng edərək İŞİD-ə qoşularaq cihad etməsini təklif edib. O.Əhmədov bundan imtina edəndə naməlum şəxs bu işin müqabilində 14 000 ABŞ dolları təklif edb.
Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır. /”Report”

Həmçinin oxuyun

“STOKHOLM SİNDROMU” VƏ YAXUD PAŞİNYAN ÜÇÜN UVERTÜRA

Musiqisi: Nikol.P Söz: Etibar Hüseynov Tək kriminal deyil, elə bir sıra siyasi mövzularda da ara-sıra …

Bir cavab yazın