Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Cəmiyyət / Terrorda öldürülən Nurlana Həsənovanın cənazəsi Bakıya gətirildi

Terrorda öldürülən Nurlana Həsənovanın cənazəsi Bakıya gətirildi

Yeni il axşam İstanbulda yaşanan terror hadisəsi zamanı ölən Rusiya vətəndaşı Nurlana Həsənovanın cənazəsi Bakıya gətirilib.

Space TV-nin Türkiyə Təmsilçiliyindən verilən məlumata görə, Rusiyanın Türkiyədəki Konsulluğunun icazəsi ilə cənazə dünən gecə saatlarında İstanbul valiliyinin dəstəyi ilə ayrılan xüsusi təyyarə vasitəsi ilə Bakıya göndərilib. Nurlana Həsənovanın ailəsi də həmin təyyarə ilə gəlib.

Nurlanın cənazəsi dayısına təhvil verilib.

Bakıya gətirilən Nurlana Həsənovanın nəşi Təzə Pir Məscidində yuyulub.

Qeyd edək ki, Nurlana Həsənova Azərbaycan vətəndaşı deyil.

Həmçinin oxuyun

“Deyirlər ki, təzə rəhbərlik xətrinə dəyib” – VİDEO

Vəfat edən ölkənin sabiq baş pediatrı, tibb elmləri doktoru, professor Nəsib Quliyevin iş yoldaşı hadisə …

Bir cavab yazın