Ana səhifə / Media / Xırdalan şəhərinə bir sutkadır elektrik enerjisi verilmir – Sakinlər rəsmi qurumların müdaxiləsini istəyir

Xırdalan şəhərinə bir sutkadır elektrik enerjisi verilmir – Sakinlər rəsmi qurumların müdaxiləsini istəyir

 

Dünən axşam saatlarından başlayaraq Xırdalan şəhərində elektrik enerjisinin verilişi dayandırılıb. Bu barədə məlumatı Azinforum.az-a şəhər sakinləri verib. Onların sözlərinə görə,  isti günlərdə elektrikin verilməməsi əlavə diskamfortlar yaradır:

“Mənzillərə su verilə bilmir, liftlər  işləmir, mənzillərdə kondsionerləri çalışdırmaq mümkün deyil. Təəssüflər olsun ki, rəsmi qurumlar tərəfindən bizə heç bir izahat verilmir”.

Azinforum.az yaranmış problemə aydınlıq gətirmək üçün Xırdalan şəhər elektrik idarəsilə əlaqə saxlayıb. Adının çəkilməsini istəməyən əməkdaş bizə bildirdi  ki, elektrikin verilişində yaranan fasilə ərazidəki qəza ilə bağlıdır:

“Narahatçılığa əsas yoxdur, bir neçə saatdan sonra elektrikin verilişi tam bərpa olacaq”.

Çinarə

Azinforum.az

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …

Bir cavab yazın