Sosial şəbəkədə biz:
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi
Xəbər Şəkli

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

21 April 2026, 10:57
Siyasət

Ukraynanın Azərbaycandakı səfirliyində Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bir qrup əməkdaşı ilə görüş keçirilib.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev "X" sosial şəbəkə hesabında yazıb.

"Keçən il Tokioda keçirilmiş UMAC (Ukraine Mine Action Conference 2025) zamanı imzalanmış Anlaşma Memorandumuna əsasən ANAMA (Azərbaycan Minatəmizləmə Agentliyi) ilə əməkdaşlıq davam edir", - o bildirib.

Y.Qusevin sözlərinə görə, təlim, təcrübə mübadiləsi və minatəmizləmə fəaliyyətində konkret addımlar atılır:

"Həmrəylik və dəstəyə görə Azərbaycana minnətdarıq", - səfir qeyd edib.