Sosial şəbəkədə biz:

Rauf Arifoğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib - SƏRƏNCAM

Rauf Arifoğlu 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib - SƏRƏNCAM
Xəbər Şəkli
22 July 2026, 14:32
Siyasət

Rauf Arif oğlu Abbasov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.

Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla R.Arifoğlu bu mükafata media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə layiq görülüb.

Qeyd edək ki, sabah "Yeni Müsavat" media qrupunun rəhbəri Rauf Arifoğlunun 60 yaşı tamam olur.