“Qərar qəbul etdik ki, o şeytan yuvasını dağıdaq” - Prezident
“İşğal dövründə sepatçılar burada bir bina tikmişdilər. Onlar onu “parlament” adlandırırdılar”.
Bu fikirləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşdə səsləndirib.
“İlk gəlişimizin birində belə düzgün qərar qəbul etdik ki, o şeytan yuvasını dağıdaq. Və onun yerində belə bir gözəl Konqres Mərkəzini inşa etdik” - dövlət başçısı əlavə edib.