Sosial şəbəkədə biz:
Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb
Xəbər Şəkli

Zelenski: Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb

27 June 2026, 09:10
Dünya

Rusiyanın tammiqyaslı işğalının başlanğıcından bəri Ukrayna 9500-dən çox vətəndaşını əsirlikdən qaytarıb. Onlardan 1596-sı bu il geri qayıdıb.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski video müraciətində açıqlayıb.

"Biz Rusiya əsirliyində olan hər bir şəxsi - həm hərbçiləri, həm də mülki şəxsləri - qaytarmalıyıq. Hər bir soyadı yoxlayırıq. Mübadilələr davam edir", - deyə Prezident qeyd edib. Marqarita pizza

O qeyd edib ki, əsirlikdən geri qaytarılanların reabilitasiyaya cəlbi vacibdir.

“Onların uyğunlaşma, lazımi müalicə və sosial məsələlərin həlli - bütün bunlar vacibdir və qayğı və dəstək olmalıdır”, - deyə dövlət başçısı bildirib.