Günay Ağamalı özünə yeni köməkçi götürdü - FOTO
Ana Vətən Partiyasının sədri, deputat Günay Ağamalı özünə yeni köməkçi götürüb.
Deputatın yeni köməkçisi Həcər Məlikovadır.
Həcər Məlikova daha öncə mərhum deputat Fəzail Ağamalının köməkçisi kimi çalışıb. Məlumata görə, o, 1998-ci ildən bu vəzifədə fəaliyyət göstərib.
Qeyd edək ki, Günay Ağamalının sabiq köməkçisi Pərviz Mirizadə idi. Günay Ağamalının atası Fəzail Ağamalının yas mərasimində köməkçisi Pərviz Mirizadəni öz mühafizəçilərinə döydürməsi ilə bağlı iddialar yayılsa da, hər iki tərəf bunu təkzib etmişdi. Daha sonra P. Mirizadə işindən ayrılmışdı.