Sosial şəbəkədə biz:
AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq nə vaxt başa çatacaq?
Xəbər Şəkli

AZAL təyyarəsinin qəzası ilə bağlı istintaq nə vaxt başa çatacaq?

20 March 2026, 17:44
Siyasət

AZAL təyyarə qəzası ilə bağlı istintaq davam edir.
Bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev jurnalistlərə bildirib.
“Avadanlıq istehsalçısından bütün zəruri ekspert hesabatları, o cümlədən təyyarə istehsalçısından GPS izləyiciləri və naviqasiya avadanlıqları alınıb. Nəticələr hazırda ümumiləşdirilir və komissiya üzvləri ilə razılaşdırılacaq. Bildiyiniz kimi, komissiyaya Azərbaycan, Qazaxıstan və Rusiya Federasiyasından mütəxəssislər daxildir. Buraya “Embraer” və beynəlxalq agentliyin nümayəndələri daxildir. Buna görə də, beynəlxalq agentliyin standartlarına uyğun olaraq, Qazaxıstan yaxın bir neçə ay ərzində nəticələri ümumiləşdirməli olacaq”, - Bozumbayev bildirib.
Xatırladaq ki, 25 dekabr 2024-cü ildə Bakıdan Qroznıya uçan AZAL “Embraer 190” təyyarəsi Qazaxıstanın qərbindəki Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Aviaşirkətin məlumatına görə, göyərtədə 62 sərnişin və beş heyət üzvü olub, 29 nəfər sağ qalıb.