Şənbə , May 11 2024
Ana səhifə / Siyasət / Vardanyandan Xankəndidəki “xəstələr”lə bağlı qərar

Vardanyandan Xankəndidəki “xəstələr”lə bağlı qərar

Laçın yolunda yaranmış vəziyyətlə əlaqədar ermənilərin hay-küyü davam edir. Azərbaycanı yolun bağlanmasına görə ittiham edən ermənilər Xankındidə guya ağır xəstələrin olduğunu və onların Ermənistandakı xəstəxanalara aparılması zərurətinin yarandığını iddia etsələr də, bu iddiaların saxta olduğunu elə separatçıların oyuncaq “dövlət naziri” Ruben Vatdanyan inkar edib.

Musavat.com erməni mediasına istinadən bildirir ki, Vardanyan xəstələri Qarabağdan buraxmaqdan imtina edib.

“Bu arada AzadlıqRadiosuna müsahibəsində de-fakto dövlət naziri Ruben Vardanyan deyir ki, Qarabağda ərzaq, yanacaq və dərman təminatında heç bir problem yoxdur”-məlumatda deyilir. Bu barədə erməni politoloq Onik Qriqoryan da twitter-də yazıb.

Qeyd edək ki, Azərbaycan XİN Qarabağ ermənilərinə humanitar yardım göstərməyə hazır olduğunu bəyan edib. Laçın yolunda aksiya keçirən fəallar isə təcili yardım maşınları və humanitar yüklərə hər hansı problem yaradılmayavağını, yolun Rusiya hərbçiləri tərəfindən bağlandığını bəyan ediblər. Bununla da ermənilərin növəti bəhanəsi “suya düşüb”.

Əlavə edək ki, bu gün Vardanyan “müşavirə” keçirərək vəziyyəti müzakirə edib. Bundan əvvəl isə baş separatçı Araik Arutunyan “hərbi vəziiyyət”lə əlaqədar səlahiyyətləri Vardanyana həvalə edib.

Həmçinin oxuyun

ABŞ səfiri Qubad İbadoğlu ilə görüşdü

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səfirlikdə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə …