Ana səhifə / Sosial / Azərbaycanda ən çox maaş alan kimlərdir? – SİYAHI

Azərbaycanda ən çox maaş alan kimlərdir? – SİYAHI

2022-ci ilin yanvar-oktyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin müvafiq dövrünə nisbətən 14,5 faiz artaraq 827,9 manat təşkil edib.

Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, əməkhaqqı neft-qaz sektorunda 3409,2 manat, qeyri neft-qaz sektorunda 778,5 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 780,7 manat, özəl müəssisələrdə isə 880,9 manat olub.

Bundan əlavə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

Həmçinin oxuyun

Pensiya və müavinətlər artırıla bilər – VİDEO

Cari ilin ortaları pensiyaların yenidən artırılacağı gözlənilir. Bunu millət vəkili Aydın Hüseynov deyib. O bildirib …