Ana səhifə / Siyasət / Sahibə Qafarova ilə Simonyanın ilk görüşündə sülh prosesi müzakirə olunub

Sahibə Qafarova ilə Simonyanın ilk görüşündə sülh prosesi müzakirə olunub

Martın 22-də Parlamentlərarası İttifaqın Cenevrədə keçirilən 148-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Sahibə Qafarova və Alen Simonyan görüşüb.

Görüş Parlamentlərarası İttifaqın təşəbbüsü və vasitəçiliyi ilə təşkil olunub.

Parlamentlərarası İttifaqın məlumatında deyilir ki, görüş iki tərəf arasında hökumətlərarası sülh danışıqlarına parlamentlər səviyyəsində əlavə və töhfə kimi nəzərdə tutulub:

Parlamentarilər xalqın nümayəndələri kimi gərginliyin azaldılması və etimadın yaradılmasında, eləcə də gələcək sülh sazişinin ratifikasiyası və həyata keçirilməsində əsas rol oynayırlar. Parlamentlərarası İttifaq dialoqu inkişaf etdirmək, mehriban qonşuluq münasibətləri qurmaq və iki ölkə arasında əlaqələrin normallaşmasına yol açmaq üçün iki tərəfə öz xeyirxah vasitəçiliyini təklif edib”.

Bu, iki parlament sədrinin ilk görüşü idi. Hər iki tərəf Parlamentlərarası İttifaqın himayəsi altında etimadı bərpa etmək üçün dialoqu davam etdirmək barədə razılığa gəliblər”, – deyə məlumatda qeyd edilir.

Eyni zamanda, bildirilir ki, görüş Parlamentlərarası İttifaqın baş katibinin 2024-cü ilin fevralında Ermənistan və Azərbaycana missiyasından sonra keçirilir.

O, bu missiya zamanı ən yüksək səviyyələrdə səlahiyyətlilərlə görüşüb və bugünkü müzakirələrin əsaslarını qoyub.

Azərbaycan Milli Məclisnin sədri Sahibə Qafarova və Ermənistan Milli Assambleyasının sədri Alen Simonyan Parlamentlərarası İttifaqın 148-ci Assambleyasında iştirak etmək üçün martın 22-dən 25-dək Cenevrədə səfərdədir.

Həmçinin oxuyun

“Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”

Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün Ermənistanın yerləşdirdiyi milyonlarla mina ilə üzləşir. Bunu …