Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Ramazan Abdulatipov Xəzər dənizi üzrə Ekspert şurasının yaradılması barədə

Ramazan Abdulatipov Xəzər dənizi üzrə Ekspert şurasının yaradılması barədə

Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın həyata keçirilməsi üçün Ekspert şurası cari ilin noyabr ayına qədər yaradıla bilər.

TASS xəbər verir ki, bunu Moskvada keçirilən Xəzər sammitinin yekunları və regionun inkişaf perspektivləri barədə dəyirmi masadan sonra Rusiya prezidentinin Xəzər regionu ölkələri ilə humanitar və iqtisadi əməkdaşlıq məsələləri üzrə xüsusi nümayəndəsi Ramazan Abdulatipov deyib.

Beşinci Xəzər sammiti avqustun 12-də Aktauda keçirilib. Yekunda Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistan prezidentləri Xəzərin hüquqi statusu haqqında Konvensiya imzalayıblar.

“Mən, xüsusi nümayəndə kimi, Konvensiyanın yerinə yetirilməsi, onun ratifikasiyasının monitorinqi və bu məsələnin sürətləndirilməsi baxımından ekspert şurasını gücləndirməyə çalışacağam.

Xəzəryanı dövlətlərin deputatlarını bir araya toplamaq və Xəzər Parlamentlərarası Assambleyasının yaradılması məsələsini qaldırmaq məqsədəuyğun olardı. Bizim Rusiya Elmlər Akademiyası, MDBMİ və Şərqşünaslıq İnstitutunda birgə işlədiyimiz çox yaxşı ekspertlərimiz var. Onların diqqətini Konvensiyaya və onun ratifikasiyasına cəlb etmək lazımdır. Düşünürəm ki, sentyabr-oktyabrda şura yaradıla bilər”, – deyə o bildirib.

Abdulatipov qeyd edib ki, Xəzəryanı dövlətlərin əməkdaşlığında humanitar əməkdaşlıq üçün böyük potensial var.

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …