Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Prezidentin yeni köməkçisi Andrey Sipilin kimdir? – Dosye

Prezidentin yeni köməkçisi Andrey Sipilin kimdir? – Dosye

Xəbər verdiyimiz kimi, Andrey Sipilin Azərbaycan Prezidentinin köməkçisi – Azərbaycan Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin olunub.
Andrey Sipilin 1995-99-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisadiyyat Universitetində, 2000-2004-cü illərdə isə Bakı Dövlət Universitetində təhsil alıb. 2001-ci ildə Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri olub. 2004-2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində müxtəlif vəzifələrdə çalışıb.
O həmçinin, “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində də işləyib.
A. Sipilin Ali Məhkəmənin hakimi milliyyətcə yəhudi olan Tatyana Qoldmanın oğludur.

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …