Bazar ertəsi , May 20 2024
Ana səhifə / Siyasət / “Moskvanın Ermənistan və Azərbaycanda siyasəti yeni investisiya imkanları açır“ – Erməni ekspert

“Moskvanın Ermənistan və Azərbaycanda siyasəti yeni investisiya imkanları açır“ – Erməni ekspert

“Daha sərt sanksiyalar və Ukrayna ilə gərginləşən münasibətlər kontekstində biz Rusiya üçün qərb istiqamətində ticarət və investisiya sahəsində əlavə məhdudiyyətlər gözləmək olar”.

Yenisabah.az “Armenian News”a istinadla xəbər verir ki, bu barədə iqtisad elmləri doktoru Karen Adonts müsahibəsində bildirib.

“Bu baxımdan Rusiya dərhal Qafqaz istiqamətinə cəmləşib. Xüsusilə, onun fəaliyyəti İran, Fars körfəzi, Hindistan istiqamətində yolların açılması, investisiyaların aktivləşdirilməsi, yeni imkanların və iqtisadi potensialın açılması ilə bağlı olacaq. Sonuncu Moskva üçün çox ciddi əhəmiyyət kəsb edir, çünki burada sənaye məhsullarının satışı üçün yaxşı bazar açılır.

Rusiya üçün bu xətt böyük əhəmiyyət kəsb edəcək. Əgər biz iqtisadi cəhətdən güclənə bilsək və açılan imkanlardan yararlana bilsək, bu, bizə müsbət təsir göstərəcək”, – deyə erməni iqtisadçı qeyd edib.

“Bizim üçün bir pəncərə açılır: hamı iqtisadi və nəqliyyat layihələri ilə məşğul olacaq, Türkiyə və Azərbaycan Rusiyanın mövcudluğuna ehtiyatla yanaşacaq. Təhlükəsizliyin gücləndirilməsi baxımından bu, yaxşı imkanlar yaradır, lakin bunun üçün rasional yanaşmaq və hər şeyi düzgün hesablamaq lazımdır. Ehtiyatlı olsaq, həm Qərbdən, həm də Rusiyadan açılan imkanlardan yararlana bilərik.

Yeni vəziyyət köklü şəkildə fərqli, daha aktiv və konsolidasiya edilmiş iqtisadi siyasəti nəzərdə tutur. Amma indiyə qədər süstlükdən başqa heç nə görməmişik”, – deyə ekspert vurğulayıb.

Bakı ilə Moskva arasında Bəyannaməyə gəlincə, iqtisadçının fikrincə, Rusiya Türkiyənin bölgədəki təsirini balanslaşdırmağa ehtiyac duyub:

“Moskvanın Ermənistan və Azərbaycanda siyasəti onun üçün yeni investisiya imkanları açır. Bizim halda mis istehsalının inkişaf etdirilməsi, təmiz mis istehsalı üçün müasir mis əritmə zavodunun açılması perspektivindən danışmaq olar. Bu əsasda elektrotexnika istehsalını da inkişaf etdirmək olar. Həm Rusiya, həm də İran satış bazarına çevrilə bilər. İnvestisiyaların xaricdən gəlməsi ehtimalı var, yol tikintisi də müəyyən effekt verəcək”.

Həmçinin oxuyun

İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə başsağlığı verib. …