Cümə axşamı , May 9 2024
Ana səhifə / Cəbhə Xəbərləri / Azərbaycan hərbçiləri Xocalıda ermənilərə xəbərdarlıq etdi: “Ərazini tərk edin” – VİDEO

Azərbaycan hərbçiləri Xocalıda ermənilərə xəbərdarlıq etdi: “Ərazini tərk edin” – VİDEO

Azərbaycan hərbçiləri bu gün rus sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Xocalı rayonu, Pirlər kəndi ərazisində səngər qazmağa cəhd göstərən qanunsuz erməni silahlı dəstələrinə səsgücləndiricilər vasitəsilə erməni dilində xəbərdarlıq edib.

Bu barədə Caliber.az-a hərbi mənbələrdən məlumat daxil olub.

Həmin xəbərdarlıqda deyilir: “Siz Azərbaycan Respublikasının ərazisindəsiniz. Burada istənilən fəaliyyət Azərbaycan qanunları ilə tənzimlənir. Rəsmi icazə olmadan etdiyiniz hər şey qanunsuzdur. Müharibəyə hazırlaşmayın və ərazimizdə sərhəd qurmağa çalışmayın!

Burada yaşamaq istəyirsinizsə, Azərbaycan qanunlarına əməl edin! Əks halda sizə qarşı güc tətbiq olunacaq. Baş verənlərə görə məsuliyyət daşıyırsınız.

Özünüzü və ailənizi təhlükəyə atmayın! Ərazini tərk edin!  Ərazini tərk edin!”

https://www.facebook.com/plugins/video.php?height=308&href=https%3A%2F%2Fwww.facebook.com%2FCaliber.az%2Fvideos%2F361354478963864%2F&show_text=false&width=560&t=0

Həmçinin oxuyun

Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

Aprelin 9-u saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində …