Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Kanadada yaşayan soydaşlarımızdan etiraz – Erməni bayrağı kilsədən götürüldü

Kanadada yaşayan soydaşlarımızdan etiraz – Erməni bayrağı kilsədən götürüldü

Kanadada yaşayan soydaşlarımız qondarma “Dağlıq Qarabağ Respublikası”na aid “bayrağ”ın  erməni icmasına məxsus olan kilsənin həyətində dalğalanmasına qarşı çıxıblar. 

Soydaşlarımız bu rəzalətin  aradan qaldırılması üçün yerli icra orqanlarına müraciət ediblər. Ötən həftə qaldırılan bayraq bu gün oradan götürülüb. Kanadada yaşayan  soydaşımız Mirəli Mahmudzadə bu barədə özünün facebook  səhifəsində məlumat verib:

“Təxminən, 1 həftə bundan öncə Toronto şəhərində ermənilərin böyük əksəriyyətinin yaşadığı yerdə (Victoria Park və Consumer kəsişməsində) yerləşən bir kilsənin qarşısında qondarma rejimin “bayrağı”nın asıldığı görüb, bununla bağlı satus yazmışdım.  Həmin gün o şəkili çəkərkən oradakı kilsənin məsul şəxsilə görüşdüm. Ciddi söhbətimiz oldu. Ona dedim ki, bu əski parçasını oradan götürsünlər. Həmin günün səhəri də Toronto City Hall-a (Toronto İcra Hakimiyyətinə) zəng edib, telefondakı şəxsə Kanada kimi suveren və mədəni dəyərlərə hörmət edən bir dövlətdə bu cür halların baş verməsindən məyus olduğumu bildirdim. Bunun Azərbaycan xalqına qarşı çox ciddi təhqir olduğu həmin şəxsə çatdırdım. O da öz növbəsində bu məsələyə laqeyd qalmayacağını bildirib, bu məsələdə yaxından köməklik göstərəcəyini deyib. Bugün qeydə aldığım bu görüntülərdə isə çox qürurlandım. O əski parçası  artıq orada yox idi”.

M.Mahmudzadə  deyib ki, Kanadadakı Azərbaycan nümayəndələri buna səssiz qalmamalıdır: “Kanadada yaşayan Azərbaycan rəsmilərinin bu  cür ciddi məsələyə laqeyd qalmaları  məni çox məyus etdi.

Bu işdə mənə yaxından dəstək olan hər kəsə öz şükranlarımı çatdırıram. Ələlxüsus da Cavanşir kimi bir soydaşımızın olmasından həqiqətən qürurlandım. Onun kimi vətənsevər gənclərimizin varlığı bu ölkənin gələcəyinə çox böyük ümid verir”.Cebhe.info

Həmçinin oxuyun

Təbriz Musayev: “Bu o deməkdir ki, tarixən ermənilərin dövləti, dövlətçilik ənənələri olmayıb”

“Belə çıxa bilər ki, erməni xalqının tarixi imperiya tarixidir”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan …