Ana səhifə / Siyasət / Hikmət Hacıyev: “Orta Dəhliz Azərbaycan-Çin əlaqələrinə təkan verəcək”

Hikmət Hacıyev: “Orta Dəhliz Azərbaycan-Çin əlaqələrinə təkan verəcək”

“Gələcəkdə Azərbaycan, Qazaxıstan və Çin arasında üçtərəfli sazişin imzalanması mümkündür”.

Azinforum.az xəbər verir ki, bu sözləri Çinin CGTN telekanalına müsahibəsində Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

O bildirib ki, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) layihəsindəki müəyyən çətinlikləri aradan qaldırmaq lazımdır:

“Orta Dəhliz bir neçə ölkənin: Mərkəzi Asiya tərəfdaşlarımız, Gürcüstan və Türkiyənin ərazisindən keçir. Qazax, gürcü və türk həmkarlarımızla işlər aparırıq. TBNM üçün “bir pəncərə” elementi xüsusilə mallarını Avropaya çatdırmaq istəyən Çin şirkətləri üçün çox vacibdir. Yeri gəlmişkən, artıq işləyən və Çini də cəlb etmək istədiyimiz “bir pəncərə”nin tətbiqi bütün marşrut boyunca prosedurları standartlaşdırmağa, sadələşdirməyə imkan verəcəkdir. Bu, gözlənildiyindən daha tez baş verir, çünki biznesin öz qaydaları var”.

Hikmət Hacıyev həmçinin bu yaxınlarda Çin və Qazaxıstan arasında Orta Dəhliz haqqında imzalanmış sazişi diqqətə çatdırıb:

“Azərbaycan və Çin arasında da belə sazişin mümkünlüyü barədə düşünürük. Ehtimal ki, gələcəkdə oxşar üçtərəfli saziş imzalansın. Biz Çin+Mərkəzi Asiya, Çin+Mərkəzi Asiya+Azərbaycan konsepsiyasının inkişafını gözləyirik”.

Həmçinin oxuyun

“STOKHOLM SİNDROMU” VƏ YAXUD PAŞİNYAN ÜÇÜN UVERTÜRA

Musiqisi: Nikol.P Söz: Etibar Hüseynov Tək kriminal deyil, elə bir sıra siyasi mövzularda da ara-sıra …