Ana səhifə / İqtisadiyyat / Azərbaycan ət idxalını kəskin artırdı (VİDEO)

Azərbaycan ət idxalını kəskin artırdı (VİDEO)

Azərbaycana ət idxalı kəskin artıb.

Bu ilin yanvar-fevral aylarında 8 min 180 ton ət idxal edilib.

Bu haqda Dövlət Gömrük Komitəsi məlumat yayıb. Belə ki, bu həcmdə ətin dəyəri 17 milyon 442 min ABŞ dolları olub.

İqtisadçı-ekspert Eyyub Kərimli deyir ki, ölkədə mal-qara sayında statistik rəqəmlərdə ciddi azalmalar var.

Qeyd edilən rəqəmlər, ötən ilin eyni dövrü ilə müqayisədə həcm baxımından 858 ton, dəyər baxımından isə 5 milyon 450 min ABŞ dolları çoxdur.

Azərbaycan əti ən çoxBelarus,Braziliya və Hindistandan idxal edib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir

Həmçinin oxuyun

BTC ilə hansı ölkələrin nefti daşınır? – Müəmmalı statistika

Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri istismara veriləndən (iyun 2006) bu ilin birinci rübünün sonunadək bu kəmər …