Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Hafiz Hacıyev Bakıda çadır qurmağa hazırlaşır

Hafiz Hacıyev Bakıda çadır qurmağa hazırlaşır

“Karantin dövründə Müasir Müsavat Partiyasının qərargahının yerləşdiyi mənzilin kirayə pulunu ödəyə bilmədik. Ona görə indi bizi oradan çıxarmağa çalışırlar”.

Bunu Modern.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib. O bildirib ki, vəziyyətdən çıxış yolları düşünür:

“Partiyanın qərargahını saxlamaq üçün üzvlərimizə müraciət edəcəm. Müəyyən ianələr toplayaraq, hər hansı şəkildə qərargahı əlimizdə saxlamağa çalışacağıq. Qərargahsız işləyə bilməyəcəyik. Görünür, müəyyən insanların marağındadır ki, biz qərargahsız qalaq. Hətta uzun illərdir, yerləşdiyimiz qərargahdan çıxarsalar belə, çadır qurub, orada işləyəcəyik”.

Hafiz Hacıyev onu da əlavə edib ki, koronavirus dönəmində 324 nəfər partiyanın üzvlüyünə qəbul olunub:

“Mən, demək olar, hər gün partiyanın qərargahında oluram. Evimizə yaxın olduğundan gedib-gələ bilirəm. Partiyanın rayon təşkilat komitələri ilə videokonfranslar keçiririk, qurultaya hazırlaşırıq. Problem olmasa, karantin bitən kimi hazırlıqları yekunlaşdırıb, payıza qədər qurultayımızı keçirəcəyik”.

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …