Ana səhifə / Siyasət / Elçibəyin silahdaşı parlament seçkilərinə qatılır

Elçibəyin silahdaşı parlament seçkilərinə qatılır

Milli Azadlıq Hərəkatının mərhum lideri, eks-prezidenti Əbülfəz Elçibəyin silahdaşları da 9 fevral parlament seçkilərinə qatılmağı düşünür. 

Cebhe.info-nun əldə etdiyi məlumata görə, Birləşmiş Azərbaycan Yurdları (BAY) Ocağı başqanı Cahandar Bayoğlu 9 fevralda keçiriləcək parlament seçkilərində iştirak etmək niyyətindədir. 

Qeyd edək ki, Cahandar Bayoğlu xalq hərəkatının fəallarından, AXC-nin qurucularından biri olub.  Bütöv Azərbaycan Birliyində Elçibəyin müavini postunu tutub.  Elçibəy dünyasını dəyişdikdən sonra heç bir siyasi partiyaya üzv olmayıb. 

Siyasi cameədə o, Elçibəy ideya-siyasi xəttinə sadiq şəxs kimi tanınır

Həmçinin oxuyun

YAP-dan parlament seçkiləri ilə bağlı – Açıqlama

“Parlament seçkilərinin vaxtı ilə bağlı hələ son qərar yoxdur”. “Qafqazinfo” xəbər verir ki, bunu Yeni …