Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Elçibəyin ləğv etdiyi rayon statusunu bərpa edir

Elçibəyin ləğv etdiyi rayon statusunu bərpa edir

Sərsəng su anbarının Ağdərə ərazisində olması buranın ayrıca rayon olmasını daha da zəruri edir

Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Ağdərə rayonunun yaradılması ilə bağlı qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. A ğdərə rayonunun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonlarının ərazisindən təşkil olunacaq.

 Qeyd edək ki, Ağdərə rayonu inzibati ərazi vahidi kimi Elçibəy hakimiyyəti vaxtı ləğv olunmuşdu və onun ərazisi Kəlbəcər, Tərtər və Ağdam rayonları arasında bölünmüşdü. Bir çoxları rayonun ləğvi barədə qərarın “tarixi səhv” olduğunu düşünür. Həmin dövrün hakimiyyət nümayəndələri isə qərarın təhlükəsizliklə əlaqəli olduğunu bildirir.

1993-cü ildə işğal edilən Ağdərə bu ilin sentyabr ayında baş verən antiterror tədbirlərindən sonra Azərbaycan Ordusunun nəzarətinə keçib. Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 15-də Ağdərə şəhərində dövlət bayrağı ucaldıb.

Pənah Hüseyn növbədənkənar qurultaya gedir

Pənah Hüseyn

Sabiq baş nazir Pənah Hüseyn bildirib ki, 1990-cı illərdə Ağdərə rayonunun ləğvi məsələsi zərurət idi. Azərbaycan Milli Məclisi və hökuməti də bu zərurəti nəzərə alaraq məlum qərarı vermişdi: “Keçmiş Dağlıq Qarabağ vilayətini və keçmiş Şaumyan rayonunu ermənilər özlərinə aid edirdilər. Yerli hərbi və icra hakimiyyəti orqanlarının təklifi ilə bu məsələnin separatçı təsir dairəsindən çıxarılması məqsədəuyğun sayıldı. Bu səbəbdən Ağdərə rayonu inzibati ərazi vahidi olaraq ləğv edildi və ərazisi 3 rayon arasında bölündü. 2023-cü ilin 20 sentyabr qələbəsindən sonra bu istiqamətdə yeni vəziyyət yaranıb. Ona görə də prinsip etibarilə Ağdərə rayonunun bərpası da indi məqsədəuyğundur”.

İlham İsmayıl: “Paşinyanın nüfuzunu bərpa etmək Azərbaycan saytlarınamı  qalıb?” Pravda.az

İlham İsmayıl

Təhlükəsizlik eksperti İlham İsmayıl isə Modern.az-a Ağdərə rayonunun niyə bərpa edilməli olduğunu belə izah edib: “Ağdərə həm ərazi, həm də əhali sayı baxımından keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ən böyük rayonu idi. Bu gün Ağdərə rayonunun bərpa olunması düzgün qərardır. Çünki rayon mərkəzi ilə kəndlər arasında məsafə kifayət qədər böyükdür. Ağdam və Tərtər arasında bölünmüş sakinlər sabah hər hansı sənəd üçün ya Kəlbəcərə, ya Ağdama getməli, uzaq məsafə qət etməli olacaqlar. Ağdərə mərkəzdədir. Vətəndaşlar elə buraya gəlib müraciətlərini rahat formada edə biləcəklər. Bir sözlə, Ağdərə rayonunun müstəqil, ayrıca rayon olması həm də buna görə düzgün qərardır. Axı Ağdam sökülüb, dağılıb. Oranın, eləcə də Kəlbəcərin yenidən qurulmasına ehtiyac var. Üstəlik, Sərsəng su anbarının Ağdərə ərazisində olması buranın ayrıca rayon olmasını daha da zəruri edir”.

“Yeni Müsavat”

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …