Çərşənbə axşamı , Mart 19 2024
Ana səhifə / Siyasət / Bundan sonra avropalı rəsmilər də eyni açıqlamaları verəcək (ŞƏRH)

Bundan sonra avropalı rəsmilər də eyni açıqlamaları verəcək (ŞƏRH)

“Amerika bir daha bəyan edir ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Dağlıq Qarabağın Azərbaycan ərazisində qalmasını dəstəkləyir”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçisonun Qarabağ münaqişəsinin Azərbaycanın sərhədləri çərçivəsində həll edilməsi ilə bağlı fikirlərinə aydınlıq gətirərkən deyib. Politoloq hesab edir ki, yaxın günlərdə belə çağırışların sayı daha da artacaq:

Elxan Şahinoğlu

“Mən belə açıqlamaları gözləyirdim. Və inanıram ki, belə açıqlamaların sayı çoxalacaq. Ermənistana çağırış edəcəklər ki, qoşunlarını işğal altında olan torpaqlardan çıxartsın və muxtariyyətə razılaşsın. Amma Amerikanın NATO nümayəndəsinin belə çağırış etməsi çox önəmlidir. Çünki sabah Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Vaşinqtonda görüşəcəklər”.

Key Beyli Hatçison

Elxan Şahinoğlunun fikrincə, bundan sonra avropalı rəsmilər də eyni açıqlamaları verəcək:

“Çünki görürlər ki, Azərbaycan ordusu dayanmır, hücumlarını davam etdirir, düşmənə böyük itkilər verir. Müharibəni dayandırmağın bir yolu var. Prezident bildirib ki, işğalçı qoşunlar Azərbaycan ərazisini tərk etməlidir. Bu olarsa, atəşkəs də olar, danışıqlardan da real nəticə əldə olunar. Bunu beynəlxalq aləmdə həm anlayır, həm də qəbul edirlər”.

Qeyd edək ki, ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində həll edilməli olduğunu elan edib.

Həmçinin oxuyun

“Putin Ukraynada qalib gələrsə, bu Azərbaycana da təhlükə törədə bilər”

“Qafqazda bizim bir neçə vacib tərəfdaşlarımız var, buna görə də bu region NATO üçün çox …