Türkiyədə seçkidə 10 faizlik barajı aşaraq ciddi uğura imza atan HDP lideri Səlahəddin Dəmirtaş koalisyon siqnalı verdi.
Strateq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, partiya lideri belə deyib:
“Koalisyondan Türkiyənin qorxmaması lazımdır. Dövlət belə də idarə oluna bilər. Namizədlərimizə baxın, necə bir koalsyon olduğumuzu görürsünüz. Rəngarəng. Ortaq faydalarımız var, hər birimiz demokratiyadan yanayıq. Türkiyə hökumətsiz qalmaz. Bu dövləti idarə edəcək biriləri çıxar. Çıxmazsa, HDP hazırdır. Yığışaq, bir araya gələk. Ortaq hökumət qurarıq, qurmarıq, ancaq hər olumlu addımı dəstəkləməyə hazırıq”.