Şənbə , May 11 2024
Ana səhifə / Siyasət / Bakıda iş adamının qalmaqallı oğlu həbs edildi – Təfərrüat 

Bakıda iş adamının qalmaqallı oğlu həbs edildi – Təfərrüat 

Bakıda “Metkartinq” əyləncə mərkəzinin sahiblərindən olan Şahin Hüseynlinin oğlu həbs edilib. Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bir müddət əvvəl Bakının mərkəzində “Yaguar” markalı maşın yüksək sürətlə divara çırpılıb. Nəticədə bir nəfər ölüb. Qəza zamanı nəqliyyat vasitəsinin sükanı arxasında istirahət mərkəzinin sahibinin oğlu Kənan Hüseynli olub.

Nəqliyyat vasitəsinin atasına aid olduğu bildirilir. Qəza zamanı dünyasını dəyişən isə K.Hüseynlinin dostu olub. K.Hüseynli 5 il 8 ay müddətinə azadlıqdan məhrum olunub. Ş.Hüseynli özü gündəmə 2012-ci ilin yanvarın 2-də gəlib. Həmin dövrdə “Neolit” restoranında qanlı insident törədib. Restoranda ona irad bildirilməsi Ş.Hüseynlini qəzəbləndirib. O dövrdə olayla bağlı Bakı Şəhər Baş Polis İdarəsi və Bakı Şəhər Prokurorluğunun yaydığı məlumatda deyilirdi ki, Ş.Hüseynli sərxoş vəziyyətdə əylənmək üçün “Neolit” restoranına gəlib. Lakin o özünə məxsus “Yaguar” markalı avtomobili restoranın qarşısında düzgün saxlamayıb. Nəticədə restoranın əməkdaşları ilə aralarında mübahisə yaranıb. Avtomobilinin yük yerində gəzdirdiyi özünə məxsus 16 kalibrli, yivsiz qoşalülə ov tüfəngindən restoranın giriş qapısına atəş açıb.

Bu zaman “Neolit”də istirahət edən çoxsaylı insanlar vahiməyə düşərək restoranı tərk edib, foyedə olmuş Fəxrəddin Nağıyev isə açılmış atəş nəticəsində bədəninin müxtəlif nahiyələrindən xəsarətlər alıb. Faktla bağlı Nizami Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silah tətbiq etməklə) maddəsi ilə cinayət işi başlanıb. Məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib. Amma bir müddət sonra o həbsdən çıxa bilib.

Həmçinin oxuyun

ABŞ səfiri Qubad İbadoğlu ilə görüşdü

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səfirlikdə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə …

Bir cavab yazın