Ana səhifə / Siyasət / “Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik” – Ərdoğan

“Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik” – Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə başsağlığı verib.

Başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Əziz qardaşım. Bakıda müalicə mərkəzində baş verən yanğın nəticəsində 25 vətəndaşınızın həlak olması və çox sayda insanın xəsarət alması xəbərini böyük kədər hissi ilə qarşıladım.

Qardaş Azərbaycanın kədərini ürəyimizin ən dərinliyində hiss edirik. Həlak olanlara xalqımın adından Allahdan rəhmət diləyir, qardaş Azərbaycan xalqına başsağlığı verir, xəsarət alanların tezliklə sağalmalarını arzu edirəm.

Cənab Prezident, fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və qardaş Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırıram”.

Həmçinin oxuyun

Rauf Mirqədirov: “Ermənistan bir dövlət kimi “COP29”-a dəvət almalıdır”

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin plenar iclasında çıxış edərkən Ermənistanın Baş …