Çərşənbə , May 8 2024
Ana səhifə / Siyasət / Azərbaycan avrasiyaçıları Moskvada beynəlxalq tədbirdə iştirak ediblr – FOTOLAR

Azərbaycan avrasiyaçıları Moskvada beynəlxalq tədbirdə iştirak ediblr – FOTOLAR

Moskvada Beynəlxalq Avrasiya Hərəkatının və Geopolitik Ekspertizalar Mərkəzinin keçirdiyi növbəti tədbirin mövzusu “Zaqafqaziya siyasətində Türkiyə faktoru: Azərbaycana təsir, Ermənistan və Gürcüstanın xristian dövlətləri kimi rolları” olmuşdur.

Tədbirdə MDB ölkələrinin politoloqları, ekspertləri, analitikləri, alimləri və jurnalistləri iştirak etmişlər.Onlar Cənubi Qafqazın geopolitik məhvərini və inkişaf vektorunu, Avrasiya proyektini, Türkiyənin avrasiyaçı və ya atlantik seçiminin plyus və minuslarını, Zaqafqaziya üçün Turan proyektinin əhəmiyyətini, Ermənistanın Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıması fonunda Ermənistan-Azərbaycan münasibətlərini, Gürcüstanın atlantik təsirin altından çıxmasını, Türkiyənin gürcü iqtisadiyyatına təsirini müzakirə etmişlər.

Tədbirdə Azərbaycanı Avrasiya Hərəkatı Azərbaycan təşkilatının sədri İbrahim Sel, politoloq Elşən Manafov və jurnalist İbrahim Fərhadoğlu təmsil etmişlər.

Azinforum.az

Həmçinin oxuyun

ABŞ səfiri məhbus ailələri ilə görüşdü

Mayın 7-də ABŞ-nin Azərbaycandakı səfir Mark Libbi həbsdə olan vətəndaş cəmiyyəti nümayəndələrinin ailə üzvləri ilə …