Ana səhifə / Siyasət / Avropaya 232 milyon dollarlıq narkotik aparanlar tutuldu

Avropaya 232 milyon dollarlıq narkotik aparanlar tutuldu

10 suriyalı ümumi dəyəri 231,7 milyon dollar olan 20,5 ton marixuananı Avropaya keçirməyə cəhd edərkən Avropol (Avropa polisi) tərəfindən həbs olunub.

Virtualaz.org saytı Böyük Britaniyanın “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, Kuk adaları bayrağı altında üzən və böyük partiya narkotiklə yüklənmiş “Yupiter” ticarət gəmisi Aralıq dənizi sularında saxlanıb.

Gəmini İtaliyanın Sardiniya əyalətində sahil sularının təhlükəsizliyini təmin edən İtaliya və Fransa polisi tərəfindən saxlanıb.

Kalyari limanının polisinin nümayəndəsi bəyan edib ki, narkotik bağlamaları gəminin dibində çox məharətlə gizlədilibmiş. Həmin yük suriyalıların leqal şəkildə daşıdığı yüz tonlarla qraniti boşaldandan sonra aşkarlamaq mümkün olub.

Həmçinin oxuyun

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı

Ukrayna Azərbaycanı Zelenskinin sülh formulasına qoşulmağa dəvət edib. Bu barədə Ali Radanın sədr müavini Yelena …

Bir cavab yazın