Bazar ertəsi , May 20 2024
Ana səhifə / Siyasət / ABŞ Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtmasını istəyir

ABŞ Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtmasını istəyir

ABŞ Azərbaycan və Ermənistanın danışıqlar masasına qayıtmasını istəyir.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

“ABŞ dövlət katibi Azərbaycan və Ermənistan liderləri ilə birbaşa müzakirələr aparıb. ABŞ-ın bir sıra rəsmiləri təkcə ötən həftə deyil, son aylar ərzində regiona səfər ediblər. Biz diplomatik səylərin davam etməsi üçün mümkün olan hər şeyi etdik. Biz əlimizdən gələni edə bilərik, lakin sonda onlar danışıb bir növ həll yoluna gəlmək üçün razılaşmalıdırlar. Biz bu prosesi asanlaşdırmaqda öz rolumuzu oynamağa davam etmək niyyətindəyik”, – deyə o bildirib.

Həmçinin oxuyun

İlham Əliyev İranın Ali Rəhbərinə başsağlığı verib

Prezident İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinə başsağlığı verib. …