Cümə axşamı , May 9 2024
Ana səhifə / Siyasət / Sona Vəliyeva istefa verdi

Sona Vəliyeva istefa verdi

Milli Televiziya və Radio Şurası (MTRŞ) filologiya üzrə fəlsəfə doktoru, “Kaspi” Mətbuat və Təhsil Mərkəzinin rəhbəri, “Kaspi” qəzetininin təsisçisi Sona Vəliyevanın Şuranın üzvlüyündən çıxması məsələsinə aydınlıq gətirib.

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib ki, S.Vəliyevanın MTRŞ üzvlüyündən çıxması onun sıx elmi-pedaqoji fəaliyyəti ilə bağlıdır: “Sona Vəliyeva sıx elmi-pedaqoji fəaliyyəti ilə əlaqədar olaraq istefa ərizəsi ilə cənab Prezident İlham Əliyevə müraciət edib və ərizəsi qəbul olunub”.

Həmçinin oxuyun

Anar Məmmədli ilə bağlı hakimiyyətə çağırış edildi

Hüquq Müdafiəçilərinin Müdafiəsi üzrə Beynəlxalq Observatoriya Azərbaycanda Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi (SMDT) Mərkəzinin rəhbər …