Bazar ertəsi , May 20 2024
Ana səhifə / Kriminal / Gürcüstanda “Lotu Quli”nin adamı saxlanılıb – Səbəb + VİDEO

Gürcüstanda “Lotu Quli”nin adamı saxlanılıb – Səbəb + VİDEO

Gürcüstanın Rustavi şəhərində “oğru aləmi”nə üzvlükdə ittiham olunan 1980-ci il təvəllüdlü əvəllər məhkum olunmuş A.Q. adlı azərbaycanlı saxlanılıb.
“Report”un yerli bürosunun verdiyi xəbərə görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxs Qardabani rayon sakininə hədə-qorxu gələrək ondan 3 min dollar məbləğində pul tələb edib. Məbləğin ödənilməyəcəyi təqdirdə o, həmin şəxsin Rustavidə və Lilo bazarındakı obyekti, evinə və avtomobilinə ziyan vuracağı ilə bağlı şantaj edib.
DİN iki şəxs arasında olan telefon danışığının səs yazısını da yayıb.
A.Q. adlı şəxsin “qanuni oğru” “Lotu Quli”nin adından hədə-qorxu gəldiyi məlum olub.
Faktla bağlı istintaq aparılır. Saxlanılan şəxsi 7 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Həmçinin oxuyun

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi – VİDEO

2022-ci ilin sentyabrın 8-də saat 13 radələrində Sultan Feyzullayev kirayə yaşadığı Binə qəsəbəsindəki evdə qeyri-rəsmi …