Şənbə , May 11 2024
Ana səhifə / Siyasət / Nərimanov məktəbliləri tur-aksiyalarda iştirak edirlər

Nərimanov məktəbliləri tur-aksiyalarda iştirak edirlər

54 şəhər və rayondan 1980 şagirdi əhatə edəcək “Ölkəmizi tanıyaq” devizi ilə maarifləndirici tur-aksiyaları layihəsi çərçivəsində bu gün Nərimanov rayonun məktəblilərindən 14 nəfərlik birinci qrupu Naxçıvan Muxtar Respublikasına yola salınıblar.

Azinforum.az-a daxil olan məlumata görə, məktəblilər tur zamanı Naxçıvanın tarixi və mədəniyyət abidələri, yerli adət-ənənələrlə tanış olacaq, bölgələrimizin müasir simasını əks etdirən Heydər Əliyev mərkəzləri, Bayraq meydanları, gənclər mərkəzləri, rəsm qalereyaları, həmçinin tarix-diyarşünaslıq muzeylərinə və digər obyektlərə baxış keçirəcəklər.

Mərasimdə çıxış edən Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudovaməktəblilərə uğurlar arzulayıb.

Məktəbliləri yola salan müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini veriblər, onlara mənalı istirahət, zəngin təəssürat arzulayıblar.

Həmçinin oxuyun

ABŞ səfiri Qubad İbadoğlu ilə görüşdü

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səfirlikdə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə …

Bir cavab yazın