Bazar ertəsi , May 13 2024
Ana səhifə / Siyasət / Baqratyan: “Biz nəinki pis, hətta borc içində yaşayırıq”

Baqratyan: “Biz nəinki pis, hətta borc içində yaşayırıq”

Bu gün Ermənistanın dövlət borcu 5,2 milyard dollar təşkil edir, məcmu xarici borcu isə 8 milyard dollardır.

Trend-in verdiyi məlumata görə, bunu Ermənistanın sabiq baş naziri Qrant Baqratyan deyib.

O, bildirib ki, ölkənin xarici borcları durmadan artır və bu Ermənistanı iqtisadi kollapsa gətirib çıxara bilər. “Bu templərlə heç hara gedə bilmərik. Biz iqtisadi kollapsa doğru gedirik. Biz nəinki pis, hətta borc içində yaşayırıq”, – Baqratyan deyib.

Baqratyan qeyd edib ki, son 10 il ərzində ölkədə yoxsulluğun göstəricisi rəsmi olaraq 23 faizdən 30 faizə yüksəlib. Baqratyanın şəxsi məlumatlarına görə isə, əslində yoxsulluğun real səviyyəsi 38 faiz təşkil edir.

Həmçinin oxuyun

İlqar Məmmədov seçkiyə qatılacağı dairəni açıqladı

“Dünən bir neçə xəbər saytı “qırğın” anonsu verərək, guya Bakının Xətai rayonundan Milli Məclisə namizəd …

Bir cavab yazın