Çərşənbə , Sentyabr 18 2019
Ana səhifə / Siyasət / “Azərişıq” “Azərenerji”nin pulunu ödəmir? – İşçilər narazıdır

“Azərişıq” “Azərenerji”nin pulunu ödəmir? – İşçilər narazıdır

“Azərişıq” “Azərenerji”dən aldığı elektrik enerjisinin pulunu artıq üç aydır ki, gecikdirir.

“Qafqazinfo”ya müraciət edən “Azərenerji” işçilərinin sözlərinə görə, bu səbəbdən də “Azərenerji” maaşları bayramdan sonraya saxlayıb. Bununla yanaşı, stansiyaların təmiri və nəzərdə tutulan digər işlərin də həyata keçirilməsi gecikdirilir. “Azərişıq”ın isə ödənişi gecikdirməsinə əsas kimi işıq xətlərini yenilədiyini, yeni transformatorlar aldığı göstərilir. Bu isə enerjinin 90 faizini “Azərişıq”a satan “Azərenerji”nin maliyyə “böhranı” yaşamasına səbəb olub.

Şikayətçilərin sözlərinə görə, 10 minə yaxın işçisi olan “Azərenerji”də 150-500 manat arası maaş alan müxtəlif kateqoriyalı işçilər çalışır. Bayramqabağı ödənilən cüzi premiya ilə isə hər hansı bayram hazırlığından söhbət gedə bilməz.

“Azərişıq”ın mətbuat katibi Tanrıverdi Mustafayev məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlamasında bildirib ki, qurum hər ay vaxtı vaxtında “Azərenerji”yə ödəməli olduğu pulu ödəyir. Bunu təsdiq edən rəsmi sənədlər də mövcuddur. Onun sözlərinə görə, təkcə bu ayın pulu köçürülməyib, o da ayın sonu baş tutacaq.

Həmçinin oxuyun

“Biz 2020-ci ildə Qarabağda demokratik prezident seçkiləri də keçirəcəyik…” –Hadrutun yeni erməni meri…

Azərbaycanın 27-ci ildir işğal altında qalan Xocavənd rayonunun Hadrut qəsəbəsinin separatçı rejimin “bələdiyyə seçkiləri”ndə yeni …

Bir cavab yazın