Çərşənbə axşamı , İyun 18 2019
Ana səhifə / Siyasət / “Azərbaycanla bağlı yanlış təsəvvür yaratmaq istəyənlərə cavab verdim” – Azər Həsrət + Video

“Azərbaycanla bağlı yanlış təsəvvür yaratmaq istəyənlərə cavab verdim” – Azər Həsrət + Video

Mayın 1-4-də İndoneziyanın paytaxtı Cakartada UNESCO-nun ənənəvi 3 May Dünya Mətbuat Azadlığı Günü tədbirləri keçirilib.

Mia.az xəbər verir ki, tədbirlərdə ölkəmizi Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət təmsil edib.

“Böhranlı zamanlar üçün tənqidi düşüncələr” devizi altında keçirilən tədbirə dünyanın 100-dən çox ölkəsindən min beş yüzədək nümayəndə qatılıb. Ölkəmizdən yeganə təmsilçi olaraq tədbirə qatılan Azər Həsrət ayrı-ayrı ikitərəfli görüşlər keçirməklə bərabər müxtəlif sessiyalarda çıxışlar da edib.

Azər Həsrət qeyd edib ki, həm köhnə dostları ilə görüşüb, həm də yeni insanlarla tanış olub. O, görüşdüyü media təmsilçilərinə Azərbaycan, ölkəmizdə medianın durumu haqqında geniş bilgi verib, fikir mübadiləsi aparıb.

“Əl-Cəzirə TV, CNN İndoneziya, İndoneziya Mətbuat Şurası, “Amerikanın Səsi” radiosu, Böyük Britaniyadakı Senzura İndeksi təşkilatının keçmiş rəhbəri, Əfqanıstandan, Rusiyadan olan nümayəndələr, UNESCO-nun öz təmsilçiləri də daxil olmaqla onlarla insanla ayrıca görüşlərim, söhbətlərim oldu. Amma ən önəmlisi odur ki, müzakirələrdə fəal iştirak etdim. Özəlliklə də Azərbaycanla bağlı yanlış təsəvvür yaratmaq istəyənlərə cavab verdim, qərb mediasının bizim kimi ölkələrə ikili standartlar çərçivəsində yanaşdığını qeyd elədim”, – deyə Azər Həsrət bildirib.

CASCFEN sədri qeyd edib ki, belə bir tədbirdə Azərbaycanın mütləq şəkildə iştirakı, davamlı olaraq UNESCO-nun belə mötəbər layihələrində fəallığı ölkəmiz üçün çox faydalıdır: 

“Biz bu cür platformalardan mütləq və uyğun səviyyədə istifadə etməliyik. Çünki məhz belə platformalarda özümüzü yaxşı yöndən tanıda, Azərbaycana hər fürsətdə hücum etmək istəyənlərə cavab verə bilərik”.

Həmçinin oxuyun

Surət Hüseynov kimin agenti olub?

Azərbaycanın keçmiş baş prokuroru İxtiyar Şirin bu günlərdə 4 İyun Gəncə olaylarıyla bağlı  Azpolitika.info saytına …

Bir cavab yazın