Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Siyasət / Azərbaycan Sosialist Partiyası bəyanat verdi

Azərbaycan Sosialist Partiyası bəyanat verdi

Dünən bəzi kütləvi iinformasiya vasitələrində və sosial şəbəkələrdə, özünü Azərbaycan Demokratik Sosialist Partiyasının sədri kimi təqdim edən Oqtay Ataxan adlı birisinin, Türkiyə sərhədlərini pozan rus təyyarəsinin vurulması ilə bağlı fikirləri yayılıb. Fikir müəllifinin bildirdiyinə görə o, baş verən insidentdə Rusiya tərəfinin haqlı olduğunu əsas götürərək, türk xalqı və Azərbaycan xalqı adından Rusiya qarşısında üzrxahlığını bildirib.
Fikir müəllifi, Türkiyə Cümhuriyyətinin prezidnti, sayın Rəcəb Tayyip Ərdoğan cənablarının ünvanına təhqiramiz ifadələr işlətməkdən belə çəkinməyib.
Bu fikirləri nəzərə alaraq, Azərbaycan Sosialist Partiyası bəyan edir:
Özünü Azərbaycan Demokratik Sosialist Partiyasının sədri olaraq qələmə verən Oqtay Ataxanın fikirləri, Azərbaycan sosialistlərinin məsələyə münasibətini özündə əks etdirmir və Azərbaycan Sosialist Partiyasınin yürütdüyü xarici siyasətlə daban-dabana ziddiyyət təşkil edir.
Sol cəbhədə, eləcə də Azərbaycan siyasi aləmində heç kimin tanımadığı və qəbul etmədiyi ADSP adlı siyasi qurum,həmçinin onun üzdəniraq olan sədrinin fikirləri Türkiyə- Azərbaycan arasında olan dostluq və qardaşlıq münasibətlərinə xələl gətirməklə yanaşı, Türkiyə xalqında, Azərbaycan solçularına düzgün münasibət bəslənməməsinə xidmət göstərən fitnəkar və avantürist addım sayıla bilər. Yuxarıda adı çəkilən “siyasi qurum” və onun “sədri”.
Türkiyə Cümhuriyyətinin prezidentinin şərəf və ləyaqətini təhqir etdiyi üçün Türk xalqı qarşısında üzr istəməlidir. Biz, Azərbaycan Sosialist Partiyası olaraq üzümüzü qardaş Türk xalqına tutaraq onunla həmrəy olduğumuzu bildirir, atacağı bütün addımlarda onunla birlikdə addımlayacağımızdan qürur duyuruq.
Yaşasın Türkiyə – Azərbaycan birliyi və qardaşlığı!
Azərbaycan Sosialist Partiyası

Həmçinin oxuyun

Fransanın 8 senatoru Qarabağla bağlı qətnaməyə verdiyi səsi geri götürdü

Fransa Senatında qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması haqqında qətnaməyə səs verən bir sıra senatorlar səslərini …

Bir cavab yazın