Şənbə , May 11 2024
Ana səhifə / Siyasət / ANS-in məhkəməsi başladı – Vahid Mustafayev və Mirşahin məhkəmədə

ANS-in məhkəməsi başladı – Vahid Mustafayev və Mirşahin məhkəmədə

Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “ANS ÇM Yayım və Media” Şirkətinin Milli Televiziya və Radio Şurasına (MTRŞ) qarşı məhkəmə prosesi başlayıb.

Məhkəmə Elçin Məmmədovun sədrliyi ilə keçirilir. ANS rəhbərliyi Vahid Mustafayev və Mirşahin Ağayev, telekanalın əməkdaşları məhkəmə prosesində iştirak edir.

Qeyd edək ki, MTRŞ-nin 18 iyulda keçirilmiş iclasında “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 23.2.8-ci maddəsinin tələbinə uyğun olaraq “ANS ÇM Yayım və Media” Şirkətinə 25 oktyabr 2013-cü il tarixdə verilmiş TR 100 saylı xüsusi razılığın (lisenziyanın) qüvvəsinə xitam verilməsi barədə qərar qəbul edilib. Yayım zamanı bir neçə dəfə qanunvericiliyin tələblərinin pozulması halları əsas götürülərək ANS ÇM radiosunun xüsusi razılığı (lisenziya) ləğv olunub.

Həmçinin oxuyun

ABŞ səfiri Qubad İbadoğlu ilə görüşdü

ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi səfirlikdə Azərbaycan Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu ilə …

Bir cavab yazın