Çərşənbə axşamı , Oktyabr 20 2020
Ana səhifə / Siyasət / “Ad günümü ailəmlə qeyd edəcəyəm” – Siyavuş Novruzov

“Ad günümü ailəmlə qeyd edəcəyəm” – Siyavuş Novruzov

Bu gün Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzovun doğum günüdür. 47 yaşını qeyd edən millət vəkili ad günü təəssüratlarını AzVision.az-la bölüşüb.

“Doğum günüm olsa da, iş başında olacağam. Bu gün partiyanın iclası var . Yəni işdən kənara çıxa bilmərəm”-deyə bildirən deputat ad günü ilə bağlı ilk təbriki ailəsindən aldığını deyib.

“Dostların, millət vəkillərinin təbriki davam edir. Ad günümü işdən sonra ailəmlə qeyd edəcəyəm”.

S.Novruzov, özəl gündə kimdənsə xüsusi hədiyyə gözləmədiyini bildirib.

“Hər bir təbrik mənim üçün əzizdir. Ona görə də kimdənsə xüsusi hədiyyə gözləmirəm. Onların təbriki emənim üçün hədiyyədir. Əsas diqqət göstərib yada salmaqdır. Bundan başqa nə istəyə bilərəm ki?”.

Qeyd edək ki, Siyavuş Novruzov 1969-cu ilin bu günü Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində anadan olub.

Hazırda Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri, YAP-ın icra katibinin müavinidir.

Ailələdir, 1 oğlu və 1 qızı var. O, Əfqanıstan müharibəsində iştirak edib. Həmçinin Qarabağ müharibəsinin veteranıdır. Sərbəst güləş üzrə SSRİ çempionudur.

Həmçinin oxuyun

NATO-da Qarabağ müzakirə edildi: “Erməni qoşunları Qarabağdan çıxmalıdır”

“Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”. Bu fikirləri Latviyanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin …

Bir cavab yazın