Bazar , Sentyabr 26 2021
Ana səhifə / Siyasət / 3 min erməni Qarabağı tərk etdi

3 min erməni Qarabağı tərk etdi

İlkin hesablamalara görə, Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyətin kəskinləşməsi nəticəsində qondarma “Dağlıq Qarabağ Respublikası”nın təxminən üç min sakini öz evlərini tərk edib.

Virtualaz.org xəbər verir ki, bu barədə RİA “Novosti” xəbər agentliyi məlumat yayıb.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsinin verdiyi məlumata görə, Dağlıq Qarabağın xəstəxanalarında yaralıların müalicəsi üçün dərmanlar çatışmır.

Komitə yaralılar üçün tibbi ləvazimatlar, dərman və sarğı materialları göndərib. O, həmçinin bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi Qarabağda yaşayan insanların humanitar ehtiyacların təmin olunmasında kömək göstərməyə hazırdır.

Həmçinin oxuyun

Təbriz Musayev: “O zaman Ermənistanın məqsədi Tərtəri işğal edib Yevlax-Bərdə yoluna çıxmaq idi”

“Vladimir Putin məndən xahiş etdi ki, Paşinyanın həmin sənədi bizim yanımızda imzalamasında israr etməyim”. Bunu …

Bir cavab yazın