Ana səhifə / Ələ keçirilən erməni kəşfiyyatçı nələr danışdı? – Video

Ələ keçirilən erməni kəşfiyyatçı nələr danışdı? – Video

Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-təxribat qrupunun ələ keçirilən üzvünün görüntülərini yayıb.

“Qafqazinfo” xəbər verir ki, videoda kəşfiyyatçının açıqlaması da yer alıb:

“Mən, Zaver Hovanis Karapetyan 16 noyabr 1974-cü ildə Noyemberyan rayonunun Dovex kəndində anadan olmuşam. Hazırda Noyemberyan rayonunun Dovex kəndində yaşayıram.
Mən kənd sakiniyəm. Pul müqabilində ödənişli döyüş növbətçiliyinə cəlb olunuram.

Əlverişsiz hava şəraitindən istifadə edərək yəni yağışlı, dumanlı və havanın qaranlıq vaxtlarından istifadə edərək, Azərbaycan Silahlı Qüvvələrinin döyüş mövqeləri istiqamətinə irəlilədik.
Məqsədimiz Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin yerləşdiyi mövqeyə basqın edərək orada olan əsgərləri öldürmək olub.

Qrupumuzun tərkibində iki nəfər yaralı oldu və digərləri yaralıları götürərək erməni mövqeləri istiqamətinə qaçdılar.

Qrupun digər üzvləri yaralı olan iki əsgəri götürərək Ermənistan mövqeləri istiqamətində hərəkət etdilər. Mən qaça bilmədim. Və gizlənmək qərarına gəldim. Daha sonra Azərbaycan Silahlı Qüvvələrinin əsgərləri məni ələ keçirdilər”.

Həmçinin oxuyun

Bakının qonağı olan: ərəb və rus turistlərin fərqi

Bugünlərdə jurnalist dostlarımızdan biri ilə axşam saatlarında şəhərin mərkəzində- “Torqovı”da gəzişirdik. Gördüyüm mənzərə məni heyrətləndirdi. …

Bir cavab yazın