Ana səhifə / Müsahibə / Son 6 ayda ölən erməni hərbçilərinin sayı açıqlanıb

Son 6 ayda ölən erməni hərbçilərinin sayı açıqlanıb

Son 6 ayda Ermənistan Silahlı Qüvvələrinin 36 hərbçisi müxtəlif səbəblərdən ölüb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə Helsinki Vətəndaşı Assamlbleyasının Vanadzor ofisi məlumat yayıb. Bildirilib ki, 2017-ci ilin yanvar-iyun aylarında Ermənistan Silahlı Qüvvələrinin 23 müddətli və 13 müddətsiz hərbçisi ölüb. Onların 12 Ermənistanda, 24-ü isə Azərbaycanın işğal altında olan torpaqlarında ölüblər.

Məlumata görə, 6 ölüm hadisəsi bədbəxt hadisə ə (yol qəzası, zəhərlənmə), 6-sı intihar, 4-ü isə səhhətində yaranan problem nəticəsində baş verib. 16 erməni hərbçisi isə Ermənistan atəşkəs rejimini pozması nəticəsində zərərsizləşdirilib.

Ermənistan hakimiyyəti bu ölümlərdən 34-ü haqqında rəsmi olaraq açıqlama verib. Ofis qalan iki hadisə barədə Ermənistan KİV-dən məlumat əldə etdiyini bidlirib.

Qeyd edək ki, Ermənistan hakimiyyəti əhalinin etimadını itirməmək, onların qəzəbindən qorxduğu üçün istər döyüş, istərsə də qeyri-döyüş şəraitində ölən hərbçilərinin sayını gizlədir. Adı çəkilən qurumun ölən iki hərbçi haqqında məlumatı qeyri-rəsmi mənbədən əldə etməsi sübut edir ki, reallıqda isə Ermənistan ordusunun itkilərinin sayı daha çoxdur.

Həmçinin oxuyun

Şəfiqə Məmmədovanın dirənişi, Rasim Balayev kabinetini təhvil ala bilmir

Azərbaycan kinematoqrafçıları vahid ittifaqda birləşsələr də, qurum ətrafındakı söz-söhbətlər səngimir. Daxil olan məlumata görə, tanınmış …

Bir cavab yazın