Ana səhifə / Müsahibə / Erməni əsgər Azərbaycanla həmsərhəd kəndi yandırdı

Erməni əsgər Azərbaycanla həmsərhəd kəndi yandırdı

Avqustun 11-də Ermənistanın Sünik vilayətinin Mehri regionunun Qudemnis kəndində böyük yanğın baş verib.

Oxu.az news.am saytına istinadla xəbər verir ki, bu barədə Qudemnis kəndinin başçısı Artuş Qriqoryan məlumat verib.

Onun sözlərinə görə, yanğın kəndin yaxınlığında meşədə baş verib, 5 hektarlıq sahə yanıb. Yerli sakinlər və yanğınsöndürənlər bir yerdə yanğını söndürüblər.

Yanğının səbəbinə gəlincə, Artuş Qriqoryan deyib ki, ehtimal olunur ki, yerli hərbi hissədən olan əsgər söndürülməmiş siqareti quru otun üzərinə atıb.

Həmçinin oxuyun

Komitə sədri: “Vətəndaşın qanunsuz tikdiyi ev söküləndə, təzminat ala bilər”

Bəzi torpaqların bələdiyyələr tərəfindən qanunsuz olaraq satılması problemlərə gətirib çıxarır. Belə ki, bəzi bələdiyyə sədrləri …

Bir cavab yazın