Çərşənbə axşamı , Aprel 30 2024
Ana səhifə / Media / Xırdalan və Sulutəpəyə niyə su verilmir?

Xırdalan və Sulutəpəyə niyə su verilmir?

Xırdalan dairəsi və Sulutəpə qəsəbəsinin bəzi hissəsinə yenidən su verilmir.

Azadliq.org bildirir ki, bu barədə sakinlər özləri məlumat veriblər. Onların dediyinə görə, son bir həftədə cəmi bir gün su verilib:

“3 gün idi su verilmirdi. Müxtəlif yerlərə şikayət etdik, cəmi bir gün su verdilər. İndi də 2 gündür susuz qalmışıq” – şikayətçilərdən biri bildirib.

Sakinlərin dediyinə görə, hökumətin əhaliyə pulla satdığı suyu kiminsə kəsməsini heç cür başa düşmürlər.

“Orucluq ayında bütün bunlar göstərir ki, bəzi məmurlar nə hökumətdən, nə də Allahdan qorxurlar” – başqa bir sakin deyib.

Xatırladaq ki, “Azərsu” ASC-nin mətbuat xidmətindən Xırdalan dairəsinə suyun verilməməsi təzyiqin aşağı olması ilə izah edilmişdi.

Həmçinin oxuyun

Nazirlik REAL TV-yə reportajlar üçün 32 min pul verəcək

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqroservis” ASC tərəfindən keçirilən tender müsabiqəsinin (Kotirovka sorğusu) qalibi …

Bir cavab yazın