Ana səhifə / Media / Tibb Universitetində ancaq Rusiya mətbuatı oxunur – SİYAHI

Tibb Universitetində ancaq Rusiya mətbuatı oxunur – SİYAHI

Azərbaycan Tibb Universiteti (ATU) tərəfindən qəzet və jurnallara abunə yazılışı xidmətlərinin satın alınması ilə bağlı keçirilən tender müsabiqəsinə (Kotirovka sorğusu) yekun vurulub.
 Qəzet və jurnalların alınması ilə bağlı tender müsabiqəsinin qalibi “Ziya LTD” MMC (VÖEN – 1300308651) olub.
ATU 41 adda qəzet və jurnal üçün qalib şirkətə 14 min 657 manat 44 qəpik ödəyəcək.
Qeyd edək ki, ATU-nun abunə yazılacağı qəzet və jurnallar arasında Azərbaycan və Rusiya KİV-lərindən başqa heç bir ölkənin mətbu nəşri yoxdur. Universitetin satın almaq istədiyi nəşrlərin 14-ü Azərbaycan  dilində, 27-si isə rus dilində nəşr olunur. Rus dilində nəşr olunan qəzet və jurnalların isə böyük əksəriyyəti Rusiya KİV-ləridir. Yeniavaz.com

Həmçinin oxuyun

“Mətbuat Azadlığı İndeksi” açıqlandı: Azərbaycan 13 pillə geriləyib

Sərhədsiz Reportyorlar Təşkilatı (Reporters Without Borders -RWB) 2024-cü il üçün “Dünya Mətbuat Azadlığı İndeksi” (“World …