Ana səhifə / Media / Nadir Qafarzadənin qohumu da şəhid olub

Nadir Qafarzadənin qohumu da şəhid olub

Tərtərdə gedən döyüşlərdə şəhid olan Novruzov Ravil Elman oğlu müğənni Nadir Qafarzadənin dayısı nəvəsi imiş.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə oxu.az-a ifaçının özü məlumat verib.

O, dayısı nəvəsinin ölümünə inana bilmədiyini vurğulayıb:

“Şəhidlərimizin ölümünə çox pis oldum. Neçə-neçə ailələr gözü yaşlı qaldı. Gözlərimin önündə böyüyən dayım nəvəsi də şəhid oldu. Çox pis oldum. Buna inana bilmirəm. Amma şəhidlik zirvəsinə qalxmaq hər bir oğula nəsib olmur. İnanıram ki, onların qanı yerdə qalmayacaq.

Mənim evimdə gələcəyin iki əsgəri böyüyür. Onların da gələcəkdə vətənə layiqli övlad olması üçün əlimdən gələni edirəm. Övladları şəhid olan hər bir ailəyə başsağlığı verirəm. Vətənin başı sağ olsun”.

Şəhid Ravil Novruzov 

Həmçinin oxuyun

Siyasi təzyiq altında olan jurnalistika: Azərbaycan yenə siyahıda geriləyib

əşkilat bütün dünyada jurnalistlərə təzyiqlərin artdığını deyir Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) illik media azadlığı hesabatını açıqlayıb. …

Bir cavab yazın