Çərşənbə , May 8 2024
Ana səhifə / Media / Moskvada azərbaycanlı jurnalist vəfat etdi

Moskvada azərbaycanlı jurnalist vəfat etdi

Rusiyada azərbaycanlı jurnalist Oleq Məmmədov vəfat edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkən Oleq Məmmədov 69 yaşında bu gün Moskvada dünyasını dəyişib.
Mərhum yanvarın 21-də Moskvanın Perepeçinsk qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Oleq Məmmədov 1951-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinin məzunu olan Oleq Məmmədov 40 ildən çox jurnalistika sahəsində çalışıb. O, 1968-78-ci illərdə “Molodyoj Azerbaydjana” qəzetində faəliyyət göstərib. O. Məmmədov 1989-91-ci illərdə “Komsomolskaya pravda” qəzetinin xarici ölkələrdə xüsusi müxbiri olub.
Onun fəaliyyətinin bir hissəsi Rusiyadakı Azərbaycan diasporunun mətbuat orqanları ilə bağlı olub. Belə ki, O. Məmmədov 2000-2005-ci illərdə “Azərros” qəzetinin baş redaktoru, son vaxtlara qədər isə Ümumrusiya Azərbaycan Konqressinin mətbuat orqanı olan “Azərbaycan Konqressi” qəzetində redaktor kimi çalışıb.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …