Çərşənbə , May 8 2024
Ana səhifə / Media / Mehman Hüseynov bu gün evində mətbuat konfransı keçirəcək

Mehman Hüseynov bu gün evində mətbuat konfransı keçirəcək

Bloger Mehman Hüseynov mətbuat konfransı keçirəcək.

Musavat.com blogerin təsisçisi olduğu Sancaq Production-a istinadən xəbər verir ki, iki il həbs cəzasından sonra azadlığa çıxan M. Hüseynov martın 5-də mətbuat konfransı keçirəcək.

Görüşə yerli və Azərbaycanda akkreditə olunmuş jurnalistlər, vətəndaş cəmiyyəti fəalları, xarici diplomatik missiyaların nümayəndələri dəvətlidir. Mətbuat konfransında ingilis dilinə tərcümə olacaq.

Bloger həbsdə olduğu müddətdə, eləcə də son iki ayda baş vermiş hadisələrə aydınlıq gətirmək niyyətindədir.

Mətbuat konfransı bu gün saat 11:00-da Bakı, Qaraçuxur qəsəbəsi, Fərman Kərimzadə küçəsi 33/1-də (M.Hüseynovun yaşadığı evdə) olacaq.

Xatırladaq ki, Mehman Hüseynov 2017-ci ilin martın 3-də polisə böhtan atmaq ittihamı ilə mühakimə olunub. Buna onun Nəsimi polisində işgəncələrə məruz qaldığını bəyan etməsi səbəb olmuşdu.

Amnesty İnternational beynəlxalq hüquq-müdafiə təşkilatı onu vicdan məhbusu kimi tanıyıb. Dekabrın sonlarında ona qarşı türmə əməkdaşını döyməsilə bağlı yeni ittiham irəli sürülüb. M.Hüseynov saxtalaşdırmaya etiraz olaraq quru aclıq elan edib. Yeni həbs təhlükəsi yerli icitmaiyyətin etirazına və xaricdə tənqidlərə səbəb olub. Avropa Parlamenti Azərbaycan hakimiyyətini blogeri və digər siyasi məhbusları azadlığa buraxmağa çağırıb. Bundan sonra prokurorluq blogerə qarşı cinayət işinə xitam verib.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …