Cümə , Aprel 26 2024
Ana səhifə / Media / “Euronews” Xəzər sammiti haqqında süjet hazırlayıb

“Euronews” Xəzər sammiti haqqında süjet hazırlayıb

Xəzəryanı ölkələrin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilmiş V Zirvə toplantısı xarici mediada işıqlandırılmaqda davam edir. Bu dəfə “Euronews” telekanalı toplantı haqqında geniş süjet yayımlayıb.
Xəzəryanı dövlətlərin dövlət başçılarının Qazaxıstanın Aktau şəhərində keçirilən V Zirvə toplantısı “Euronews” kanalında yayımlanıb.

Süjetdə qeyd olunur ki, Qazaxıstanda Xəzəryanı dövlətlərin Zirvə toplantısı tarixi sənədin – Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın imzalanması ilə başa çatıb. Sənədi beş dövlət – Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan liderləri imzalayıb.

Konvensiya üzərində işlər 20 ildən çox vaxt aparıb. Qazaxıstan Prezidenti Nursultan Nazarbayev sənədi Xəzər dənizinin konstitusiyası adlandırıb. Sənədə əsasən Xəzərdənizinin su səthinin əsas sahəsi tərəflərin ümumi istifadəsində qalacaq, Xəzərin dibi isə ikitərəfli razılaşmalar əsasında, beynəlxalq hüquqa riayət olunmaqla qonşu dövlətlər arasında bölüşdürüləcək.

Konvensiyada gəmiçilik, balıqçılıq, elmi araşdırmalar və magistral kəmərlərin çəkilməsinə dair məsələlər öz əksini tapıb. Genişmiqyaslı dəniz layihələrinin reallaşdırılması zamanı ekoloji amil mütləq nəzərə alınacaq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …