Çərşənbə , May 8 2024
Ana səhifə / Media / Ermənistanda sonuncu rusdilli televiziya proqramı bağlanıb

Ermənistanda sonuncu rusdilli televiziya proqramı bağlanıb

Ermənistanda “Nə? Harda? Nə vaxt” televiziya proqramı yeni mövsümdən sırf erməni dilində yayımlanacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın təhsil və elm naziri səlahiyyətlərini icra edən Araik Arutyunyan bildirib.

“Layihə yeni mövsümdən sırf erməni dilində efirə çıxacaq. Hökumət proqram üçün 17 milyon dram (təxminən 35 min dollar) vəsait ayıracaq. Mən təşkilatçıları dəfələrlə oyunu rus dilində apardıqlarına görə tənqid etmişəm”, – deyə Arutyunyan özünün “facebook” səhifəsində yazıb.

Bununla da Ermənistanda rus dilində çıxan sonuncu televiziya proqramı bağlanıb.

Bir neçə gün əvvəl məlum olub ki, Ermənistanı tərk edərək Rusiyada vətəndaşlıq alan ermənilərin sayı artıb.

Həmçinin oxuyun

Gündəlik qəzetlərin sayı artır, həftəlik qəzetlərin sayı azalır

Bu ilin ilk 3 ayı ərzində Azərbaycanda 327,37 min manatlıq həftədə dörd dəfədən az olmayaraq …